- İngiltərə P.L.
- 23:43 02.11.2026
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu komanda yoldaşlarını baş məşqçi Maykl Kerrikə dəstək verməyə çağırıb.
90deqiqe.Az-ın məlumatına görə, “Daily Mail” nəşri Maynunun sözlərini belə çatdırıb:
“Biz ona həm meydanda, həm də meydandan kənarda dəstək verməklə, komanda uğrunda mübarizəni davam etdirməklə bunun əvəzini çıxmalıyıq. Nəticə qazana bilmədiyimiz halda azarkeşlərin razı qalacağını gözləyə bilmərik. Onlara sevinmək üçün səbəb verməliyik.
Bu, çətin mövsüm olub və istədiyimiz nəticələri əldə edə bilməmişik. Amma qarşıya baxmalıyıq: bizi vacib oyunlar gözləyir. Düşünürəm ki, vəziyyəti dəyişmək üçün bir qələbə kifayət edər. Futbolda enişlər və yüksəlişlər olur, hər şey həmişə rəvan getmir. Yolumuzda çətinliklərin yaranması qaçılmazdır, lakin biz onların öhdəsindən gəlməyi bacarmalıyıq”.
Qeyd edək ki, çərşənbə axşamı “Mançester Yunayted” Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Roma”nı qəbul edəcək.Komanda ardıcıl doqquz oyundur qələbə qazana bilmir və İngiltərə Premyer Liqasında sonuncu pillədən cəmi bir mövqe yuxarıda qərarlaşıb.
21 yaşlı yarımmüdafiəçi apreldə klubla beşillik müqavilə imzalayıb. Bundan əvvəl, Ruben Amorimin rəhbərliyi dövründə Maynu klubdan ayrılmasına icazə verilməsini istəmişdi.