- İngiltərə P.L.
- 21:20 03.11.2026
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haqın növbəti tənqidlərinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Pirs Morqan “Football Uncensored” proqramının yeni buraxılışında Ronaldo ilə söhbəti zamanı ondan ten Haqın fikirlərinə cavab verməsini istəyib.
Morqanın sözlərinə görə, portuqaliyalı futbolçu bu məsələyə qısa və sərt münasibət bildirib:
“Düşünmürəm ki, o, ona söz sərf etməyimə layiqdir”.
Xatırladaq ki, daha əvvəl niderlandlı mütəxəssis birlikdə çalışdığı Ronaldonun “Yuventus”dan ayrıldıqdan sonra əvvəlki yüksək səviyyəsinə uyğun olmadığını iddia etmişdi.
Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 41 yaşlı hücumçu cari mövsümdə klub səviyyəsində keçirdiyi 12 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.