23 oktyabr 2024. Çərşənbə

Arsenal'da kapitan dəyişir?


Arsenal'da kapitan dəyişir?

“Arsenal” İngiltərə Premyer Liqasının 10-cu turunda öz meydanında “Kristal Palas”la heç-heçə edib – 2:2.

Corner.az xəbər verir ki, sözügedən qarşılaşmada yerli azarkeşlər “Arsenal”ın kapitanı Qranit Cakanın əvəzlənməsini alqışlayıb.

Oyunun 61-ci dəqiqəsində əvəzlənən London təmsilçisinin kapitanı isə azarkeşlərə cavab olaraq, “sizi eşitmirəm” işarəsi edib. 27 yaşlı futbolçu bundan sonra birbaşa paltardəyişmə otağına gedib.

“Arsenal”ın baş məşqçisi Unay Emeri futbolçunun azarkeşlərə qarşı reaksiyasına belə münasibət bildirib: “Caka səhv etdi. İndi sakit qalıb, onunla danışmalıyıq. Biz azarkeşlərimiz üçün burdayıq. Alqış və təhqirlərə hörmətlə yanaşmalıyıq. Cakanın kapitanlıq sarğısını daşıyıb-daşımayacağı hələ bilinmir. Onunla və klubla danışmaq istəyirəm. Cakanın etdiyi düzgün deyildi”.

Qeyd edək ki, isvreçrəli futbolçu bir müddət əvvəl “Arsenal”da yeni kapitan təyin edilmişdi.







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
Leni Yoro fərdi məşqlərə başlayıb
  • İngiltərə P.L.
  • 23:07 21.10.2024
Leni Yoro fərdi məşqlərə başlayıb
Xabi Alonso "Bayer" məşhur kluba dəyişir
  • İngiltərə P.L.
  • 19:14 21.10.2024
Xabi Alonso "Bayer" məşhur kluba dəyişir
Salah Aqueronu geridə qoyub
  • İngiltərə P.L.
  • 17:27 21.10.2024
Salah Aqueronu geridə qoyub