- İngiltərə P.L.
- 23:54 04.11.2026
“Liverpul”un sabiq baş məşqçisi Rafael Benites gələcəkdə İngiltərə Premyer Liqasına qayıtmaq arzusunda olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "talkSPORT"a açıqlamasında danışıb.
“Gərgin atmosferinə görə Premyer Liqanı sevirəm. Hər oyun, hər qarşılaşma bir sınaqdır. Problem ondadır ki, uyğun layihə tapmaq lazımdır. Hazırda futbolda layihələrdən danışmaq kifayət qədər çətindir. Qayıtmaqdan məmnun olardım, bu dəqiqdir”, – deyə Benites bildirib.
Qeyd edək ki, Benites 2025-2026-cı illərdə Afina “Panatinaikos”unu çalışdırıb. Hazırda 66 yaşı olan mütəxəssis karyerası ərzində “Çelsi”, Madrid “Real”ı, “Napoli”, “Nyukasl” və Avropanın bir sıra digər klublarına rəhbərlik edib.