- İngiltərə P.L.
- 23:54 04.11.2026
“Aston Villa” baş məşqçisi Unay Emeri ilə yeni müqavilə üzrə danışıqları yekunlaşdırmaq üzrədir.
90deqiqe.Az xəbər verir ki, klub 2029-cu ilədək qüvvədə olan hazırkı sözləşməni daha sərfəli şərtlərlə uzatmağı və ispaniyalı mütəxəssisin maaşını artırmağı planlaşdırır.
Çərşənbə günü “Aston Villa” Emerinin klub rəhbərliyi ilə görüşdüyünü açıqlayıb.
Klubun bəyanatında tərəflərin “Emerinin rəhbərliyi altında 2029-cu ildən sonra da klubun birgə inkişafına sadiqliyi təsdiqləyən müsbət danışıqlar apardığı” bildirilib.
Daha əvvəl ispaniyalı mütəxəssisin “Mançester Yunayted”in maraq dairəsində olduğu barədə məlumat yayılmışdı. Digər Avropa klubları da Emeriyə maraq göstərir.
Qeyd edək ki, Emerinin rəhbərliyi altında “Aston Villa” Avropa Liqasının qalibi olub.