- İngiltərə P.L.
- 23:54 04.11.2026
İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az London təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bu vəzifəyə ingiltərəli mütəxəssis Skott Parker təyin olunub.
46 yaşlı çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Vest Hem” ötən gün portuqaliyalı mütəxəssis Nunu Eşpiritu Santu ilə yollarını ayırıb. London klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 22 xalla səkkizinci pillədə qərarlaşıb.
Futbolçu karyerası ərzində “Vest Hem”in kapitanı olmuş Skott Parker məşqçi kimi daha əvvəl “Fulhem”, “Bornmut” və “Börnli” komandalarını İngiltərə Premyer Liqasına yüksəldib.