- İngiltərə P.L.
- 23:17 05.11.2026
İngiltərənin “Aston Villa” klubunun rəhbərliyi komandanın baş məşqçisi Unay Emeriyə yeni müqavilə təklif edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Hazırda 55 yaşlı ispaniyalı mütəxəssislə klub arasında qüvvədə olan müqavilənin müddəti 2029-cu il iyunun sonunda başa çatır. Emeri 2022-ci ilin noyabrından Birmingem təmsilçisinə rəhbərlik edir.
Qeyd edək ki, “Aston Villa” sonuncu matçını UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində səfərdə “Barselona”ya qarşı keçirib. Unai Emerinin yetirmələri “Kamp Nou” stadionunda keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olublar.
Birmingem təmsilçisi növbəti oyununu noyabrın 8-də “Mançester Yunayted”ə qarşı keçirəcək.