- İngiltərə P.L.
- 23:54 05.11.2026
İngiltərənin “Everton” klubunun baş məşqçisi Devid Moyes komandanın cinah hücumçusu Cek Qrilişin İngiltərə Premyer Liqasının X turunda “Koventri” ilə keçiriləcək matçda iştirak etməyəcəyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə mütəxəssis "BBC"yə açıqlamasında bildirib.
Məlumata görə, ingiltərəli futbolçu üzrsüz səbəbdən məşqlərdə iştirak etmədiyinə görə intizam cəzasına məruz qalıb. Eyni zamanda, onun alkoqolla bağlı yenidən problemlər yaşadığına dair iddialar yayılıb. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Devid Moyes futbolçunun vəziyyəti ilə bağlı danışarkən deyib:
“Cek bu oyunda iştirak edə bilməyəcək. Planlarımızı açıqlamaq istəmirəm, lakin yaxın zamanda Ceklə yenidən birlikdə çalışacağıq. Sadəcə, vəziyyətin necə inkişaf edəcəyini gözləməliyik”.
Qeyd edək ki, 31 yaşlı Cek Qriliş “Everton”da icarə əsasında çıxış edir. Mövsümün sonunda futbolçu müqavilə ilə məxsus olduğu “Mançester Siti”yə qayıdacaq.