6 noyabr 2026. Cümə

Xabi Alonso Emiliano Martinesin zədədən sonrakı vəziyyətini açıqladı


Xabi Alonso Emiliano Martinesin zədədən sonrakı vəziyyətini açıqladı

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın qapıçısı Emiliano Martinesin qarşıdakı oyun öncəsi durumundan danışıb.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, Alonso bildirib ki, Martines hazırda məşqlərdə yaxşı təsir bağışlayır:

“Sabah bazar günü keçiriləcək oyundan əvvəl son məşqimiz olacaq. Məşqdən sonra qərar verəcəyik. Hazırda o, yaxşı məşq edir”.

Qeyd edək ki, Martines oktyabrın 17-də “Everton”la matçda zədələnib. Rəqiblə toqquşmadan sonra meydanı xərəkdə tərk edən qapıçının tibbi müayinəsi zamanı çənə sümüyünün sınığı aşkarlanıb. Futbolçu əməliyyat olunub.

“Sanderlend” – “Çelsi” qarşılaşması noyabrın 8-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







İngiltərə P.L.

Rafael Benites Premyer Liqaya qayıtmaq istəyir
  • İngiltərə P.L.
  • 23:24 04.11.2026
Rafael Benites Premyer Liqaya qayıtmaq istəyir