6 noyabr 2026. Cümə

“Palmerin digər futbolçulara təsirindən məmnunam”


“Palmerin digər futbolçulara təsirindən məmnunam”

“Çelsi”nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Koul Palmerin komandanın oyununa təsirindən razı olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis mətbuat konfransında futbolçunun həm fərdi keyfiyyətlərini, həm də komanda yoldaşları ilə qarşılıqlı anlaşmasını yüksək qiymətləndirib:

“Kouldan çox razıyıq. Düşünürəm ki, o, oyundan zövq alır və hücum xəttindəki digər futbolçularla əla anlaşır. Palmer komandamızın inkişafına, daha da təkmilləşməsinə və qarşıya qoyulan hədəflərə doğru irəliləməsinə kömək edir. Bunun üçün vaxt lazım olduğunu anlayırıq. Onun bacarığından, işə münasibətindən və digər futbolçulara göstərdiyi təsirdən çox məmnunam”, – deyə Alonso bildirib.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında doqquz turdan sonra 16 xalla dördüncü pillədə qərarlaşıb.

Xabi Alonsonun komandası növbəti oyununu noyabrın 8-də səfərdə “Sanderlend”ə qarşı keçirəcək.







İngiltərə P.L.

Rafael Benites Premyer Liqaya qayıtmaq istəyir
  • İngiltərə P.L.
  • 23:24 04.11.2026
Rafael Benites Premyer Liqaya qayıtmaq istəyir