- İngiltərə P.L.
- 23:27 06.11.2026
Hücumçu Markus Reşford doğma klubu “Mançester Yunayted”ə qarşı oynamaq istəmədiyini etiraf edib.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu bildirib ki, “Aston Villa”da icarədə çıxış etdiyi dövrdə olduğu kimi, hər mövsüm “qırmızı şeytanlar”a rəqib olmaq niyyətində olmayıb.
“Mançester Yunayted”ə qarşı hər mövsüm oynamağa davam edə bilməzdim. Agentimə dedim ki, əgər “Yunayted”ə qayıtmaq variantı mümkün deyilsə, mənə xaricdə klub tapsın. Yeganə şərtim İngiltərə Premyer Liqasında çıxış edən komanda olmaması idi”, – deyə Reşfordun sözlərini “Mundo Deportivo” yayıb.
Qeyd edək ki, Markus Reşford ötən mövsümün bir hissəsini icarə əsasında “Barselona”da keçirib. Daha sonra hücumçu “Mançester Yunayted”ə qayıdıb.
Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.