7 noyabr 2026. Şənbə

“Hələ çox şey öyrənməliyəm”


“Hələ çox şey öyrənməliyəm”

“Liverpul”un yarımmüdafiəçisi Trey Nyoni əsas komandadakı inkişafı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə,19 yaşlı futbolçu sıx oyun qrafikinə hələ də uyğunlaşmağa çalışdığını bildirib.

“Bu qədər çox oyunda iştirak etmək mənim üçün yenidir. Hətta akademiyada da belə yüklənməm olmamışdı. Tədricən oyun tempinə alışmağa başlayıram. Hələ çox şey öyrənməliyəm, amma bu prosesdən zövq alıram”, – deyə futbolçunun sözlərini “Echo” nəşri yayıb.

O, komanda daxilində özünü rahat hiss etdiyini də vurğulayıb:

“Mən heç vaxt həyəcanlanmıram. Baş məşqçinin mənə etimadı və komanda yoldaşlarımın dəstəyi özümə daha çox güvənməyimə kömək edir. Komandada mənə yardım edən çoxlu təcrübəli futbolçu var. Sadəcə, olduğum kimi qalmaq istəyirəm. “Liverpul”un formasını hər dəfə geyinəndə yüksək standartlara cavab verməlisən”.

Qeyd edək ki, futbolçu “Fənərbağça” ilə matçda (2:3) fərqlənərək “Liverpul” tarixində Çempionlar Liqasında ilk qolunu vuran ən gənc oyunçu olub.

Trey Nyoninin “Liverpul”la müqaviləsinin müddəti 2030-cu ildə başa çatacaq. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”