7 noyabr 2026. Şənbə

“Lids” evdə “Tottenhem”ə qalib gəldi


“Lids” evdə “Tottenhem”ə qalib gəldi

 İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 10-cu turunda “Lids” doğma meydanda “Tottenhem”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Elland Roud” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın baş hakimi Con Bruks olub.

Qarşılaşmada yeganə qol 79-cu dəqiqədə vurulub. “Lids”in hücumçusu Noa Okafor fərqlənib. İsveçrəli futbolçu cəmi iki dəqiqə əvvəl meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 14-ə çatdıran “Lids” turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. 12 xalı olan “Tottenhem” isə 10-cu yerdə qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”