7 noyabr 2026. Şənbə

Luk Şou “Mançester Yunayted”dən ayrıla bilər


Luk Şou “Mançester Yunayted”dən ayrıla bilər

“Mançester Yunayted”in müdafiəçisi Luk Şou 2027-ci ilin yayında klubu tərk edə biləcək futbolçular arasındadır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.

Onun sözlərinə görə, “Mançester Yunayted” yanvar transfer pəncərəsində, xüsusilə hücumçu mövqeyinin gücləndirilməsi istiqamətində fəallıq göstərəcək. Klubda isə 2027-ci ildə heyətlə bağlı ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Romano bildirib ki, rəhbərlik artıq Luk Şou ilə yolları ayırmaq variantını nəzərdən keçirir. Müdafiəçinin gələn ilin yayında komandadan ayrılması real ssenari kimi qiymətləndirilir.

İnsayder baş məşqçi və Maykl Kerrikin də ciddi təzyiq altında olduğunu vurğulayıb. Onun fikrincə, 2027-ci ildə dəyişikliklər təkcə bir mövqe ilə məhdudlaşmayacaq və komandanın ümumi heyətinə də təsir edəcək.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”