8 noyabr 2026. Bazar günü

Alvaro Arbeloa “Nyukasl”la heç-heçəni şərh etdi


Alvaro Arbeloa “Nyukasl”la heç-heçəni şərh etdi

İngiltərənin “Fulhem” klubunun baş məşqçisi Alvaro Arbeloa Premyer Liqanın növbəti turunda “Nyukasl”la keçirilən heç-heçə barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “BBC Sport”a istinadən məlumatına görə, mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini, lakin rəqibin güclü müqavimət göstərdiyini bildirib.

“Biz həmişə qalib gəlmək istəyirik, xüsusilə də ev oyunlarında. “Nyukasl”la matçın nə qədər çətin olacağını bilirdik. Oyunun əvvəlindən hiss olunurdu ki, onlar bu qarşılaşmaya final kimi yanaşırlar. Çox aqressiv oynayırdılar. Fiziki cəhətdən güclü komandadırlar və fərdi müdafiə tətbiq edirdilər.

Düşünürəm ki, ilk hissəni çox yaxşı keçirdik: oyuna nəzarət etdik, əla qol imkanları yaratdıq. İkinci hissədə isə oyun daha açıq xarakter aldı və hər iki komandanın qol şansları oldu”.

Qeyd edək ki, növbəti turda “Fulhem” “Mançester Siti” ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”