8 noyabr 2026. Bazar günü

“Mançester Siti”də iki futbolçu zədələndi


“Mançester Siti”də iki futbolçu zədələndi

“Mançester Siti” İngiltərə Premyer Liqasının “Nottingem Forest”ə 1:3 hesabı ilə məğlub olduğu matçda iki futbolçusunu itirib.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər”in baş məşqçisi Mareska futbolçuların vəziyyəti ilə bağlı açıqlamasında hər ikisinin zədələndiyini bildirib:

“Hər ikisi zədələndi və əvəzlənmələrini özləri istədilər. Qehi yeni zədə alıb, Qvardiolun isə həftənin əvvəlində də problemləri var idi. Bəli, bunlar məcburi əvəzləmələr idi”, – deyə məşqçinin sözlərini “City Xtra” yayıb.

Qeyd edək ki, “şəhərlilər” ilk hissədə qapılarında iki cavabsız qol görüblər. Bununla yanaşı, komanda fasilədə iki müdafiəçisini itirib. Baş məşqçi Enzo Mareska Yoşko Qvardiol və Mark Qehini məcburi şəkildə əvəzləməli olub.

“Mançester Siti” İngiltərə çempionatında ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda mövsümün əvvəlində isə ardıcıl yeddi qələbə qazanmışdı.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”