8 noyabr 2026. Bazar günü

“Sanderlend” doğma meydanda “Çelsi”ni məğlub etdi


“Sanderlend” doğma meydanda “Çelsi”ni məğlub etdi

İngiltərə Premyer Liqasının 10-cu turunda “Sanderlend” doğma meydanda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə yeganə qol 36-cı dəqiqədə vurulub. “Çelsi”nin müdafiəçisi Levi Kolvill cərimə meydançasında Brayan Brobbiyə qarşı qayda pozuntusuna yol verib. Təyin olunan penaltini Enzo Le Fye dəqiq yerinə yetirərək meydan sahiblərini hesabda önə çıxarıb.

Qarşılaşmanın qalan dəqiqələrində “Çelsi” hesabı bərabərləşdirməyə çalışsa da, “Sanderlend” minimal üstünlüyünü qoruyaraq qələbə qazanıb.

Bu nəticədən sonra “Sanderlend” 8 xalla turnir cədvəlinin 18-ci pilləsinə yüksəlib. “Çelsi” isə 16 xalla beşinci yerdə qərarlaşıb.







İngiltərə P.L.