8 noyabr 2026. Bazar günü

“Bornmut” səfərdə “İpsviç”ə qalib gəldi


“Bornmut” səfərdə “İpsviç”ə qalib gəldi

İngiltərə Premyer Liqasının 10-cu turunda “Bornmut” səfərdə “İpsviç”i 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qonaqlar artıq 5-ci dəqiqədə hesabı açıblar. Evanilson meydan sahiblərinin müdafiə xəttinin səhvindən yararlanaraq Kristian Uoltonun qoruduğu qapıya yol tapıb.

İkinci hissənin 46-cı dəqiqəsində Leyf Devis topu öz qapısına göndərib və “Bornmut”un üstünlüyü iki topa çatıb.

“İpsviç” 73-cü dəqiqədə Cek Klarkın penaltidən vurduğu qolla fərqi azaldıb. Lakin qalan dəqiqələrdə meydan sahibləri hesabı bərabərləşdirə bilməyiblər və “Bornmut” səfərdən üç xalla qayıdıb.







İngiltərə P.L.