8 noyabr 2026. Bazar günü

“Brayton” azlıqda qalan “Brentford”u məğlub etdi


“Brayton” azlıqda qalan “Brentford”u məğlub etdi

İngiltərə Premyer Liqasının 10-cu turunda “Brayton” doğma meydanda “Brentford”u 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri 15-ci dəqiqədə Dieqo Qomezin baxımlı qolu ilə hesabı açıblar.

“Brentford”un vəziyyəti 23-cü dəqiqədə daha da çətinləşib. VAR-a baxışdan sonra baş hakim ilkin qərarını dəyişərək Cema Andreslə epizodda kobud davranışa yol verən hücumçu İqor Tyaqoya birbaşa qırmızı vərəqə göstərib.

“Brayton” fasilə ərəfəsində üstünlüyünü möhkəmləndirib. 42-ci dəqiqədə Kin Lyuis-Potterin Luka Vuškoviçə qarşı qayda pozuntusundan sonra təyin olunan penaltini Paskal Qros dəqiq yerinə yetirib.

İkinci hissədə “Brayton” oyuna nəzarət edib və rəqibinə fərqi azaltmaq imkanı verməyib. Azlıqda qalan “Brentford” isə meydan sahiblərinin qapısı qarşısında ciddi təhlükə yarada bilməyib.







İngiltərə P.L.