8 noyabr 2026. Bazar günü

“Liverpul” səfərdə “Kristal Pelas”a qalib gəldi


“Liverpul” səfərdə “Kristal Pelas”a qalib gəldi

İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul” səfərdə “Kristal Pelas”ı 3:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən ilk hissədə qonaqlar fasiləyə az qalmış hesabı açıblar. Aleksis Mak Allister 40-cı dəqiqədə fərqlənərək Mersisayd təmsilçisini önə keçirib.

İkinci hissədə “Liverpul” üstünlüyünü artırıb. Florian Virts 54-cü dəqiqədə fərqi iki topa çatdırıb.

Meydan sahibləri hesabı dəyişmək üçün cəhd etsələr də, uzun müddət rəqib müdafiəsini yarmaq mümkün olmayıb. Aleksander İsak 89-cu dəqiqədə qonaqların üçüncü qolunu vuraraq qələbəni, demək olar ki, təmin edib.

Əlavə olunmuş dəqiqələrdə Eddi Nketia penaltini dəqiq yerinə yetirərək “Kristal Pelas”ın təsəlli qoluna imza atıb. Lakin bu, oyunun nəticəsinə təsir etməyib.







İngiltərə P.L.