9 noyabr 2026. Bazar ertəsi

Maykl Kerrik “Mançester Yunayted”dən istefa verməyəcəyini açıqladı


Maykl Kerrik “Mançester Yunayted”dən istefa verməyəcəyini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik vəzifəsindən ayrılmaq niyyətində olmaması ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, tanınmış jurnalist Fabritsio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“İstefa verməyəcəyəm. Bəli, qələbələrimiz çox deyil, amma vəziyyəti düzəltmək və qələbələr qazanmaq üçün çalışmağa davam etmək niyyətindəyəm”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted” doğma meydanda “Aston Villa”ya qarşı keçirdiyi oyunda məğlubiyyətdən son dəqiqələrdə xilas olub. Görüşdə 2:4 hesabı ilə geridə olan “qırmızı şeytanlar” əlavə olunmuş vaxtda Coşua Zirkzenin (90+2) və Dorqunun (90+6) qolları ilə hesabı bərabərləşdiriblər.

Turun nəticələrinə əsasən, Kerrikin komandası turnir cədvəlinin 18-ci pilləsinə düşərək düşmə zonasına yuvarlanıb. “Mançester Yunayted”in aktivində səkkiz xal var.







İngiltərə P.L.