9 noyabr 2026. Bazar ertəsi

Alisson “Liverpul”dan ayrılmaq istəmir


Alisson “Liverpul”dan ayrılmaq istəmir

“Liverpul”un qapıçısı Alisson Bekker gələcək karyerası ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, braziliyalı futbolçu İngiltərə klubunda qalmaq istədiyini bildirib.

“Bəli, qalmaq istəyirəm. Hər oyuna köklənmişəm, amma ümumilikdə “Liverpul”da çıxışımı davam etdirməkdən məmnun olaram. Təbii ki, bu, müxtəlif amillərdən asılıdır. Lakin mənim istəyim qalmaqdır. Burada özümü yaxşı hiss edirəm, ailəm də xoşbəxtdir.

Mən hələ də kuboklar qazanmağa həvəsliyəm və yüksək səviyyədə oynamaq istəyirəm. Bacardığım qədər uzun müddət ən yüksək səviyyədə çıxış etməyə çalışıram.

Danışıqlara gəlincə, klubla şəxsən danışmamışam, lakin agentim bu məsələ ilə məşğuldur”

Qeyd edək ki, 33 yaşlı qapıçının “Liverpul”la hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonunadək qüvvədədir. Mətbuatda daha əvvəl onun müqaviləni uzatmaq istədiyi barədə məlumatlar yayılmışdı.

“Liverpul” növbəti oyununu noyabrın 22-də doğma meydanda “Mançester Yunayted”ə qarşı keçirəcək.







İngiltərə P.L.

Alisson “Liverpul”dan ayrılmaq istəmir
  • İngiltərə P.L.
  • 19:18 09.11.2026
Alisson “Liverpul”dan ayrılmaq istəmir