- İngiltərə P.L.
- 19:53 09.11.2026
“Liverpul”un qapıçısı Alisson Bekker komandanın cari mövsümdəki çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, braziliyalı qolkiper sabitliyin çatışmadığını, lakin komandanın potensialına inandığını bildirib.
“Reallıq budur ki, bacardığımız qədər yaxşı çıxış etmirik. Bu, hər şeyin pis olduğu demək deyil. Bir çox matçda yaxşı oyun nümayiş etdiririk, amma hələlik sabitlik çatışmır.
Baş məşqçimiz də, futbolçularımız da yüksək səviyyəlidir. Çox şeyə qadirik. Lakin komanda olaraq özümüzəinam qazanmalı və qələbələr üçün lazım olan hər şeyə sahib olduğumuzu hiss etməliyik. Bunun üzərində çalışırıq.
Ümid edirəm ki, mümkün qədər tez istədiyimiz səviyyəyə çatacağıq. Ancaq bunun üçün vaxt lazımdır. Səbirli olmalıyıq. Eyni zamanda, vaxt itirməyin yolverilməz olduğunu da anlayırıq”
Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.