- İngiltərə P.L.
- 23:42 09.11.2026
“Everton” Cek Qrilişin icarə müqaviləsini vaxtından əvvəl ləğv edərək futbolçunu “Mançester Siti”yə qaytarmağı planlaşdırmır.
90deqiqe.Az-ın məlumatına görə, bununla belə, klub son intizam problemlərindən sonra vingerin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı məşqlərdə özünü yaxşı tərəfdən göstərməsini gözləyir. Bu barədə “TEAMtalk” məlumat yayıb.
31 yaşlı futbolçu komandasının son dörd matçında iştirak etməyib. O, ilk qarşılaşmanı xəstəliyi səbəbindən buraxıb.
“Everton” rəhbərliyi və baş məşqçi Devid Moyes futbolçudan imtina etmək niyyətində deyil. Bununla belə, klub daxilində Qrilişə üzərinə düşən öhdəliklər xatırladılıb.
Milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı vinger əsas komandanın klub bazasında qalan digər futbolçuları ilə birlikdə məşq edəcək. Qriliş Moyesin etimadını yenidən qazanaraq noyabrın 23-də səfərdə “Brentford”a qarşı keçiriləcək matçın heyətinə düşməyə ümid edir.