- İngiltərə P.L.
- 15:34 10.11.2026
“Mançester Yunayted”in belçikalı qapıçısı Senne Lammens istirahət günlərində də əlavə məşqlər edir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Neytan Salt məlumat verib.
O 24 yaşlı qolkiperin məşqlərə ilk gələn, klubun bazasını isə sonuncu tərk edən futbolçu olduğunu qeyd edib. “Mançester Yunayted”də artıq onun ötən mövsümlə müqayisədə nümayiş etdirdiyi inkişafı yüksək qiymətləndiriblər.
Lammens cari mövsümdə bütün turnirlərdə 14 matçda iştirak edib. O, bu görüşlərdə 27 qol buraxıb və bir dəfə qapısını toxunulmaz saxlayıb.
Qapıçının “Mançester Yunayted”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.