- İngiltərə P.L.
- 21:22 10.11.2026
İngiltərə Premyer Liqasının 10-cu turunun ən yaxşı futbolçusu müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu ada “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı qolkiper “Kristal Pelas”la qarşılaşmadakı çıxışına görə mükafatlandırılıb. Sözügedən görüşdə Mersisayd təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edib.
Alisson matç ərzində bir neçə mühüm seyvlə yadda qalıb. O, səsvermədə Tierno Barri, Liam Delap, Paskal Qros, Tarik Muxaremoviç və Nordi Mukiele kimi futbolçuları qabaqlayıb.
Qeyd edək ki, “Kristal Pelas” üzərində qələbədən sonra “Liverpul” 18 xalla Premyer Liqanın turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
Mersisayd klubu çempionatın növbəti oyununu noyabrın 22-də “Mançester Yunayted”ə qarşı keçirəcək.