- İngiltərə P.L.
- 21:22 10.11.2026
“Tottenhem”in müdafiəçisi Pedro Porro “Barselona”nın ona göstərdiyi marağı xoş qarşıladığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "SPORT" nəşri 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Əlbəttə, bu, mənim üçün xoş bir komplimentdir. Dünyanın ən yaxşı klublarından biri və ya ən azı belə hesab edilən bir komanda səninlə maraqlanırsa, bu, hər zaman xoşdur. Deməli, işimi yaxşı görürəm. Eyni qaydada davam etməliyəm”
Porro kataloniyalıların prezidenti Joan Laportanın onun oyun keyfiyyətlərini yüksək qiymətləndirməsinə də münasibət bildirib.
“Onun bu fikirlərini görməmişdim. Bu da onun tərəfindən xoş komplimentdir. Başqa bir klubun prezidentinin əməyini yüksək qiymətləndirməsi xoşdur. Deməli, hər şeyi düzgün edirəm”, – deyə müdafiəçi qeyd edib.
Bununla belə, ispaniyalı futbolçu “Tottenhem”də xoşbəxt olduğunu və klubla müqavilə öhdəliklərinə hörmətlə yanaşdığını vurğulayıb.
Qeyd edək ki, futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.