- İngiltərə P.L.
- 23:08 11.11.2026
“Çelsi” klubunun qapıçısı Robert Sançes Almaniyanın Nürburqrinq trasında avtomobil qəzası keçirib.
90deqiqe.Az-ın “Daily Star”a istinadən məlumatına görə, futbolçu idarəetməni itirərək döngələrin birində təxminən 115 km/saat sürətlə qoruyucu səddə çırpılıb.
İspaniyalı qapıçı hadisə zamanı xəsarət almayıb. Şahidlərdən birinin sözlərinə görə, Sançes avtomobildən özü çıxıb və ətrafa səpələnmiş qalıqları toplamağa başlayıb.
Təxminən 300 min funt sterlinq dəyərində olan “Ferrari 488 Challenge Evo” markalı avtomobilə ciddi ziyan dəyib. Nəqliyyat vasitəsi evakuatorla ərazidən aparılıb.
Qeyd edək ki, Sançes cari mövsümdə “Çelsi”dən icarə əsasında “Komo”da çıxış edir. O, komandanın A Seriyasında keçirdiyi 9 oyunun 3-də meydana çıxıb.