- İngiltərə P.L.
- 23:08 11.11.2026
“Tottenhem”in cinah hücumçusu Dejan Kulusevski diz zədəsindən sonra bərpa prosesi zamanı klubun tibbi heyətinin fəaliyyətindən narazı qaldığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı oyunçu “Fotbollskanalen”ə müsahibəsində yay aylarında ona diz oynağının transplantasiyası əməliyyatının təklif edildiyini, lakin bundan imtina etdiyini deyib.
“Bütün yay başqa həkimlərlə daha bir əməliyyatın mümkünlüyünü müzakirə etdim. Söhbət diz oynağının transplantasiyasından gedirdi – öz dizim başqasının dizi ilə əvəz olunacaqdı. Mən isə bundan imtina etdim. Oyunun gedişində ağrı hiss etsəm, ağrıya baxmayaraq oynamaq məcburiyyətində qalacağam”, – deyə Kulusevski bildirib.
Futbolçu bərpa prosesində ona inanmayanların, o cümlədən klub daxilində bəzi şəxslərin olduğunu vurğulayıb:
“Çoxları buna inanmırdı, şübhə ilə yanaşırdı. Hətta klubda da belə düşünənlər var idi. Bəzi insanlardan məyus olmuşdum, amma eyni zamanda hamını bağışlamalıyam. Bəzən insana daha çox dəstək göstərilməsini istəyirsən. Ancaq başa düşürəm ki, hamımız bu biznesin bir hissəsiyik”.
“Tottenhem”in tibbi heyəti futbolçuların uzunmüddətli bərpa proseslərinə görə daha əvvəl də tənqid olunub. Komandanın keçmiş kapitanı Kristian Romero da zədəsini müalicə etdirmək üçün klubun düşərgəsində qalmaq əvəzinə Argentinada müalicə almışdı.
Qeyd edək ki, isveçli futbolçu rəsmi oyunlara qayıtmaq üçün 500 gündən çox vaxt gözləməli olub.