- İngiltərə P.L.
- 23:24 12.11.2026
“Arsenal” klubunun müdafiəçisi Ben Uayt gələcəkdə “Qızıl top” mükafatını qazanmaq şansı yüksək olan gənc futbolçunun adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ingiltərəli futbolçu "BBC Radio 5 Live Sports"un efirində komanda yoldaşı Maks Doumanı fərqləndirib.
“Yəqin ki, Maksın – Maks Doumanın adını çəkərdim. Onun “Arsenal”da etdikləri inanılmazdır. Buna görə də mərcimi ona edərdim. O qədər istedadlıdır ki... Bu, ağlasığmazdır. Onun 20-21 yaşında necə futbolçu olacağını yalnız təsəvvür edə bilərəm”, – deyə Uayt bildirib.
Qeyd edək ki, “Arsenal”ın 16 yaşlı hücumçusu əsas komandada 19 matç keçirib, üç qol vurub və bir məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına görə, Doumanın hazırkı bazar dəyəri 50 milyon avrodur.