13 noyabr 2026. Cümə

Poçettino “Mançester Yunayted”ə keçidinin səbəbini açıqlayıb


Poçettino “Mançester Yunayted”ə keçidinin səbəbini açıqlayıb

Maurisio Poçettino gələn həftədən etibarən “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinin icrasına başlayacaq.

90deqiqe.Az-ın “The Touchline”ə istinadən məlumatına görə, argentinalı mütəxəssis ABŞ millisindən ayrılması ilə bağlı keçirilən mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib. O, İngiltərə klubunun təklifini qəbul etməsinin səbəbini də açıqlayıb.

Poçettinonun sözlərinə görə, o, ABŞ Futbol Federasiyası ilə daha dörd il işləmək üçün yeni müqavilə imzalasa da, “Mançester Yunayted”dən gələn təklifdən imtina etməyi mümkün hesab etməyib.

“ABŞ millisi ilə daha dörd il işləmək üçün yeni müqavilə imzalamışdım. Lakin federasiya bilir ki, həyatda “Mançester Yunayted”də işləmək kimi fürsətlər çox az olur. Belə imkanlardan sadəcə imtina etmək mümkün deyil”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmə zonasında yer alır.







İngiltərə P.L.