14 noyabr 2026. Şənbə

Alan Şirer “Liverpul”un çempionluq şanslarını dəyərləndirib


Alan Şirer “Liverpul”un çempionluq şanslarını dəyərləndirib

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer “Liverpul”un İngiltərə Premyer Liqasının qalibi olmaq üçün əsas namizədlərdən biri olmadığını düşünür.

90deqiqe.Az-ın “Metro”ya istinadən məlumatına görə, Şirer həm “Liverpul”, həm də “Çelsi”nin yenidənqurma mərhələsində olduğunu bildirib.

“Düşünürəm ki, “Liverpul” yenidənqurma prosesindədir. Eyni vəziyyət “Çelsi”yə də aiddir. Hər iki klubda hələ görüləsi çox iş var”, – deyə sabiq futbolçu qeyd edib.

Premyer Liqada 10 turdan sonra 18 xal toplayan “Liverpul” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 16 xalı olan “Çelsi” beşinci yerdədir. 27 xala malik “Arsenal” isə liderdir.

Növbəti turda “Liverpul” noyabrın 22-də doğma meydanda “Mançester Yunayted”i qəbul edəcək. “Çelsi” isə bir gün əvvəl öz meydanında “Lids”lə qarşılaşacaq.







İngiltərə P.L.