14 noyabr 2026. Şənbə

Poçettino “Mançester Yunayted”lə razılığa necə gəldiyini açıqlayıb


Poçettino “Mançester Yunayted”lə razılığa necə gəldiyini açıqlayıb

Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi olmaq barədə razılığın necə əldə olunduğunu danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “Centregoals” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu, karyeramın ən çətin qərarlarından biri idi. Qərar vermək həqiqətən asan olmadı, eyni zamanda bu addımdan həyəcan duyuruq.

Hər şey çox sürətlə baş verdi. İlk əlaqə bazar günü günortadan sonra quruldu. Dünən bütün məsələlər aydınlaşanda bu barədə futbolçulara və heyət üzvlərinə məlumat verdim.

Ümid edirəm ki, “Mançester Yunayted”də də burada, ABŞ millisində olduğu kimi təsir göstərə və eyni bağlılığı yarada biləcəyik”

Qeyd edək kiargentinalı mütəxəssis İngiltərə klubunda vəzifəsinin icrasına başlamazdan əvvəl ABŞ millisinin Haitiyə qarşı keçirəcəyi iki oyunda komandanın başında olacaq. Noyabrın 22-də “qırmızı şeytanlar” yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu keçirəcək. Mançester təmsilçisi səfərdə “Liverpul”la qarşılaşacaq.

 







İngiltərə P.L.