- İngiltərə P.L.
- 20:54 14.11.2026
Maurisio Poçettino çərşənbə günü “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində işə başlayacaq.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, argentinalı mütəxəssis artıq komandada intizamın sərtləşdirilməsinə yönəlmiş ilk qərarını verib.Poçettino oyunlardan sonrakı istirahət günlərini ləğv edəcək. O, futbolçuları qarşılaşmanın ertəsi günü bərpa məşqləri üçün klubun bazasına gəlməyə məcbur edəcək.
Maykl Kerrikin rəhbərliyi dövründə komanda, bir qayda olaraq, oyunlardan sonrakı günü istirahət edirdi.
Poçettinonun əsas məqsədi futbolçuların fiziki hazırlığını yaxşılaşdırmaqdır. Bu işdə ona fiziki hazırlıq üzrə məşqçi olan oğlu Sebastiano kömək edəcək.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Komanda qət edilən ümumi məsafəyə görə 20 kollektiv arasında 19-cu, yüksək sürətlə qət edilən məsafəyə görə 17-ci, orta maksimal sürət göstəricisinə görə isə 19-cu yerdədir.