15 noyabr 2026. Bazar günü

Bruno Fernandeş “Mançester Yunayted”in yeni müqavilə təkliflərini rədd edib


Bruno Fernandeş “Mançester Yunayted”in yeni müqavilə təkliflərini rədd edib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş klubun müqavilənin uzadılması ilə bağlı bir neçə təklifindən imtina edib.

90deqiqe.Az-ın “The Touchline”ə istinadən məlumatına görə, portuqaliyalı futbolçu real layihə və konkret perspektivlər görməyənədək klubla yeni uzunmüddətli müqavilə imzalamağa razı olmayacaq.

Bununla belə, “Mançester Yunayted”in Fernandeşlə hazırkı müqaviləni daha bir mövsüm – 2028-ci ilin ortalarınadək uzatmaq hüququ var. Daha əvvəl klubun bu bənddən istifadə edəcəyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Çərşənbə günündən etibarən komanda ilə Maurisio Poçettino çalışmağa başlayacaq.







İngiltərə P.L.