- İngiltərə P.L.
- 23:59 16.11.2026
“Yuventus” klubunun və ABŞ milli komandasının yarımmüdafiəçisi Ueston MakKennie Maurisio Poçettinonun rəhbərliyi altında “Mançester Yunayted”ə keçmək ehtimalını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə futbolçu jurnalist Ceyms Dakkerə açıqlamasında bildirib.
Məlumata görə, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun İngiltərə klubunda işə başlayacağı təqdirdə milli komandanın bir neçə futbolçusunu, o cümlədən Ueston MakKennieni transfer etmək istəyə biləcəyi ehtimal olunur.
Yarımmüdafiəçi argentinalı mütəxəssisin ABŞ millisində çalışdığı müddətdə komandanın oyunçularının potensialını yaxından tanıdığını vurğulayıb:
“Poçettino burada işlədiyi müddətdə komandamızı açıq şəkildə sevdi və hansı səviyyədə ustalığa malik olduğumuzu gördü. Düşünürəm ki, bu, tamamilə mümkündür.
Millimizdə yaxın vaxtlarda klubunu dəyişməli və karyerasında növbəti addımı atmalı olan çoxlu futbolçu var. Buna görə də belə söz-söhbətlərin yayılması qaçılmazdır. Məşqçinin nə düşündüyünü, konkret olaraq hansı oyunçulara ehtiyac duyacağını heç vaxt bilmirsən. Lakin futbolçularımızın “Mançester Yunayted”ə keçidi ilə bağlı xəbərlərin davam edəcəyini və gələcəkdə belə bir transferin reallaşa biləcəyini istisna etmirəm”.
Qeyd edək ki, Haiti millisi ilə keçiriləcək qarşılaşma Maurisio Poçettino üçün ABŞ yığmasının baş məşqçisi kimi sonuncu oyun olacaq.