19 noyabr 2026. Cümə axşamı

“Liverpul”un futbolçusu sürət həddini aşdığı üçün cərimələnib


“Liverpul”un futbolçusu sürət həddini aşdığı üçün cərimələnib

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq avtomobili ilə sürət həddini aşdığına görə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Liverpool.com” məlumat yayıb.

Hadisə aprelin 2-də baş verib. Futbolçunun “Lamborghini Urus” markalı avtomobili sürət həddini aşıb. İlkin olaraq irəli sürülən sürət həddinin aşılması ittihamı sonradan ləğv edilsə də, Frimponq avtomobili idarə edən şəxsin kimliyi barədə məlumat verməməkdə təqsirli bilinib. İşə noyabrın 11-də qapalı qaydada baxılıb.

Məhkəmə niderlandlı futbolçunu altı cərimə balı ilə cəzalandırıb. Bundan əlavə, ona ümumilikdə 1 253 avro ödəmək tapşırılıb. Məbləğə cərimə, məhkəmə xərcləri və əlavə rüsum daxildir. Ödəniş üçün futbolçuya 28 gün vaxt verilib.

Frimponq 2025-ci ilin mayında Leverkuzen “Bayer”indən 35,4 milyon avro qarşılığında “Liverpul”a keçib. O, mersisaydlıların heyətində 43 oyunda üç qol vurub.







İngiltərə P.L.