19 noyabr 2026. Cümə axşamı

“Onun keyfiyyətlərinə şübhəm yoxdur”


“Onun keyfiyyətlərinə şübhəm yoxdur”

“Çelsi”nin sabiq futbolçusu, hazırda “Koventri” klubunun baş məşqçisi olan Frenk Lempard “Arsenal”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis ingiltərəli futbolçunun ünvanına səsləndirilən tənqidlərin ədalətsiz olduğunu bildirib.

“Raysı bəyənirəm və görürəm ki, o, müzakirələrin əsas mövzularından birinə çevrilib. Düşünürəm ki, bir futbolçu bu qədər yüksək səviyyəyə çatanda insanlar onun oyununda nöqsan axtarmağa başlayırlar. Məncə, bu, ədalətli deyil. Deklanın keyfiyyətlərinə heç bir şübhəm yoxdur.

Onun qazandığı uğurlar bəzən adi hal kimi qəbul edilir. Lakin bu statusda olan futbolçular üçün belə münasibət normaldır. O isə bütün bunlara əhəmiyyət vermir və sadəcə öz işini görür”, – deyə Lempardın sözlərini “Arsenal Radar” nəşri yayıb.

Qeyd edək ki, Deklan Rays bu yaxınlarda “Arsenal”la müqaviləsini 2031-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəlib.







İngiltərə P.L.

“Onun keyfiyyətlərinə şübhəm yoxdur”
  • İngiltərə P.L.
  • 23:34 19.11.2026
“Onun keyfiyyətlərinə şübhəm yoxdur”