20 noyabr 2026. Cümə

“Mançester Yunayted” etiraz aksiyasına görə dörd azarkeşi cəzalandırdı


“Mançester Yunayted” etiraz aksiyasına görə dörd azarkeşi cəzalandırdı

“Mançester Yunayted” klubunun rəhbərliyi komandanın sahiblərinə qarşı etiraz aksiyasında iştirak edən dörd azarkeşin ev oyunlarına girişini qadağan edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn məlumat yayıb.

Bildirilib ki, azarkeşlər klub rəhbərliyindən narazılıqlarını ifadə etmək məqsədilə meydana tennis topları atıblar. Bu hadisədən sonra klub həmin şəxslərə qarşı intizam tədbirləri görüb.

Məlumata görə, aksiya iştirakçılarından ən azı birinə stadiona girişə üçillik qadağa tətbiq edilib. “Mançester Yunayted”in intizam qaydalarına əsasən, meydana kənar əşyaların atılması bu cür cəza ilə nəticələnə biləcək qayda pozuntusu hesab olunur.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 10 oyundan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

“Onun keyfiyyətlərinə şübhəm yoxdur”
  • İngiltərə P.L.
  • 23:34 19.11.2026
“Onun keyfiyyətlərinə şübhəm yoxdur”