20 noyabr 2026. Cümə

Fernando Torres “Liverpul” azarkeşlərindən üzr istədi


Fernando Torres “Liverpul” azarkeşlərindən üzr istədi

“Liverpul”un sabiq hücumçusu Fernando Torres İngiltərə klubundan “Çelsi”yə transferi zamanı mersisaydlı azarkeşlərin reaksiyasına görə təəssüfləndiyini etiraf edib.

90deqiqe.Az-ın  “The Athletic”ə istinadən məlumatına görə,  ispaniyalı keçmiş futbolçu “Liverpul”dan ayrılmaq qərarına görə peşman olmadığını, lakin azarkeşləri incitdiyinə görə təəssüf hissi keçirdiyini bildirib.

“Liverpul”dan ayrılmaq qərarıma görə peşman deyiləm. Çünki həmin vaxt doğru hesab etdiyim addımı atmışdım. Lakin hər şeyi ətraflı izah etmək, yeni sahiblərlə söhbət etmək və bir-birimizi daha yaxından tanımaq üçün kifayət qədər vaxtımın olmamasına təəssüflənirəm.

Həmçinin “Liverpul” azarkeşlərini incitdiyimə görə üzülürəm. O vaxt mənim üçün əsas məqsəd kuboklar qazanmaq idi. Ancaq yaşlandıqca anlayırsan ki, həyatda ən vacib şey bu deyil. İnsanlarla qurduğun bağlar daha önəmlidir. Xoşbəxt olmaq və özünü hansısa birliyin parçası hiss etmək əslində ən böyük dəyərdir”, – deyə Torres bildirib.

Qeyd edək ki, Fernando Torres 2007-2011-ci illərdə “Liverpul”un formasını geyinib. İspaniyalı hücumçu 2011-ci ildə Londonun “Çelsi” klubuna transfer olunub.







İngiltərə P.L.

“Onun keyfiyyətlərinə şübhəm yoxdur”
  • İngiltərə P.L.
  • 23:34 19.11.2026
“Onun keyfiyyətlərinə şübhəm yoxdur”