20 noyabr 2026. Cümə

Fernando Torres “Liverpul”dan ayrılmasının səbəbini açıqladı


Fernando Torres “Liverpul”dan ayrılmasının səbəbini açıqladı

“Liverpul”un sabiq hücumçusu Fernando Torres 2011-ci ilin yanvarında “Çelsi”yə keçməsinə səbəb olan amillərdən danışıb.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, ispaniyalı futbolçu Mersisayd klubunda baş verən dəyişikliklərin onun ayrılmaq qərarına təsir etdiyini bildirib.

“Onlar ən yaxşı futbolçularımızı satmağa başladılar. Xabi Alonso “Real”a, Xavyer Maskerano isə “Barselona”ya keçdi. Rafael Benites də klubu tərk etdi. Öz-özümə düşünürdüm: “Burada nə baş verir?”

Biz Premyer Liqa və Çempionlar Liqasını qazanmağa çox yaxın idik. Son bir addım atmaq, cəmi bir-iki futbolçu transfer etmək lazım idi. Lakin bunun əvəzinə komandaya yüksək səviyyəli olmayan oyunçular gətirilirdi.

Klubun sahibləri dəyişdikdən sonra Con Henri ilə danışdım. Onlar gənc futbolçuların transferinə və inkişafına fərqli yanaşma tətbiq etmək, qurulması üçün 10 il tələb olunan yeni layihə yaratmaq niyyətində idilər. Mənim isə təxminən 27 yaşım var idi və bu qədər gözləməyə vaxtım yox idi”, – deyə Torres bildirib.

Qeyd edək ki, Fernando Torres 2007-2011-ci illərdə “Liverpul”da çıxış edib. 2011-ci ilin yanvarında “Çelsi” ispaniyalı hücumçunu 50 milyon funt-sterlinq qarşılığında transfer edib.







İngiltərə P.L.

“Onun keyfiyyətlərinə şübhəm yoxdur”
  • İngiltərə P.L.
  • 23:34 19.11.2026
“Onun keyfiyyətlərinə şübhəm yoxdur”