- İngiltərə P.L.
- 23:44 20.11.2026
İtaliyalı mütəxəssis Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təyin olunmaması ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, Konte “Cronache di Spogliatoio”ya müsahibəsində “Mançester Yunayted”in böyük tarixə malik klub olduğunu vurğulayıb:
“Mançester Yunayted” böyük tarixə malik klubdur. Kimsə mənim iş metodlarımdan ehtiyat etsə belə, düşünmürəm ki, klub böyük bir layihə qurmağa və komandanı layiq olduğu mövqeyə qaytarmağa qadir olan mütəxəssisi dəvət etməkdən çəkinərdi.
Ser Aleks Ferqyusona böyük hörmət bəsləyirəm. Onun kitabını oxumuşam. Hətta “Çelsi”də işlədiyim dövrdə evində qonaq olmaq şərəfinə də nail olmuşam”, – deyə Konte bildirib.
Qeyd edək ki, 57 yaşlı çalışdırıcı Maykl Kerrikin mümkün istefası ilə bağlı xəbərlər yayıldığı dövrdə “qırmızı şeytanlar”ın baş məşqçi postuna namizədlər arasında göstərilirdi. Lakin sonda ingiltərəli mütəxəssisin yerinə Maurisio Poçettino təyin olunub.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.