- İngiltərə P.L.
- 23:44 20.11.2026
“Everton”un yarımmüdafiəçisi Cek Qriliş intizam qaydalarını ciddi şəkildə pozduğuna görə bir ay əsas komandadan kənarlaşdırıldıqdan sonra yenidən kollektivlə məşqlərə başlayıb.
90deqiqe.Az xəbər verir ki, “Everton”un baş məşqçisi Devid Moyes oyunöncəsi mətbuat konfransında Qrilişin komandaya qayıtdığını təsdiqləyib:
“O, yenidən məşq edir və komandanın yanındadır. Biz sadəcə işimizi davam etdiririk. Diqqət ayırmalı olduğum çoxlu başqa futbolçular da var. Bütün diqqətimi yalnız bir oyunçuya yönəldə bilmərəm”, – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, futbolçu cəzalandırıldıqdan sonra sosial şəbəkə hesablarında azarkeşlərdən və klubdan üzr istəyib.
Əlavə edək ki, “Everton” İngiltərə Premyer Liqasında 16 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Komanda növbəti turda “Brentford”la qarşılaşacaq.