- İngiltərə P.L.
- 02:08 21.11.2026
İngiltərənin “Blekpul” klubunda maraqlı hadisə yaşanıb.
90deqiqe.Az-ın məlumatına görə, komanda baş məşqçisi İen Evattla məhz onun 45-ci doğum günündə yollarını ayırıb.
Mütəxəssis 12 aylıq fəaliyyətindən sonra postunu tərk edib.
Hadisənin diqqətçəkən tərəfi isə bundan cəmi bir neçə saat əvvəl klubun Evattı doğum günü münasibətilə təbrik etməsidir. Təbrik paylaşımından təxminən yeddi saat sonra onun vəzifəsindən ayrıldığı elan olunub. Jurnalist Entoni Cozef də bu ziddiyyətə diqqət çəkərək hər iki paylaşımın görüntüsünü ironik şərhlə paylaşıb.
Xatırladaq ki, İen Evatt 2025-ci ilin oktyabrından “Blekpul”a rəhbərlik edirdi. O, 2007-2013-cü illərdə bu komandada futbolçu kimi çıxış edib və kapitan olub. “Blekpul” son 10 oyunda cəmi bir dəfə qalib gəlib və aşağı liqaya düşmə təhlükəsi ilə üzləşib.