21 noyabr 2026. Şənbə

“Lids Yunayted” səfərdə “Çelsi”ni darmadağın edib


“Lids Yunayted” səfərdə “Çelsi”ni darmadağın edib

İngiltərə Premyer Liqasının XI turunda “Çelsi” və “Lids Yunayted” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, “Stemford Bric” stadionunda keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 24-cü dəqiqədə Emanuel Emeqa açaraq London təmsilçisini önə keçirib. Lakin üç dəqiqə sonra Noa Okafor tarazlığı bərpa edib. 53-cü dəqiqədə Dominik Kalvert-Lyuin penaltini dəqiq yerinə yetirərək “Lids Yunayted”i önə çıxarıb. Beş dəqiqə sonra Okafor dublunu rəsmiləşdirib. Brenden Aronson isə 90+1-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib – 4:1.

Bu nəticədən sonra 16 xala malik “Çelsi” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Lids Yunayted” isə xallarının sayını 17-yə çatdıraraq altıncı sıraya yüksəlib.

Qeyd edək ki, növbəti turda “Çelsi” noyabrın 27-də səfərdə “Nottingem Forest”lə, “Lids Yunayted” isə noyabrın 28-də doğma meydanda “Koventri Siti” ilə qarşılaşacaq.







İngiltərə P.L.

Əvvəl təbrik etdilər, 7 saat sonra qovdular
  • İngiltərə P.L.
  • 02:08 21.11.2026
Əvvəl təbrik etdilər, 7 saat sonra qovdular
“Brayton” Paskal Qrosla müqaviləni uzatdı
  • İngiltərə P.L.
  • 23:44 20.11.2026
“Brayton” Paskal Qrosla müqaviləni uzatdı