- İngiltərə P.L.
- 22:02 21.11.2026
İngiltərə Premyer Liqasının XI turunda “Mançester Siti” və “Fulhem” komandaları üz-üzə gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, Mançesterdəki “Etihad” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 16-cı dəqiqədə London təmsilçisinin hücumçusu Rodriqo Munis açıb. 58-ci dəqiqədə Elliot Anderson fərqlənərək “Mançester Siti”yə bərabərlik qazandırıb.
Bu nəticədən sonra 22 xala malik “Mançester Siti” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Fulhem” isə 11 xalla 14-cü sırada yer alıb.
Qeyd edək ki, növbəti turda “Mançester Siti” noyabrın 29-da “Arsenal”ı qəbul edəcək. “Fulhem” isə həmin gün “Bornmut”la qarşılaşacaq.