22 noyabr 2026. Bazar günü

De Zerbi “Tottenhem”in qələbəsinin əsas səbəbini açıqladı


De Zerbi “Tottenhem”in qələbəsinin əsas səbəbini açıqladı

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının 11-ci turunda “İpsviç Taun” üzərində qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının əvvəlki məğlubiyyətdən düzgün nəticə çıxardığını və meydanda yüksək səviyyəli oyun nümayiş etdirdiyini bildirib.

“Mən həm oyundan, həm də nəticədən çox razıyam. Ən vacibi son məğlubiyyətə düzgün reaksiya verməyimiz idi. Komandamız yüksək səviyyədə çıxış etdi. Oyunu düzgün anlayır, risk etmək üçün münasib anı seçirdik. Rəqibə heç bir real qol imkanı vermədik və yetkin komanda təsiri bağışladıq.

Konnor Qallaher yaxşı təsir bağışladı. Mən Konnoru çox sevirəm. Onsuz oynamaq bizim üçün çətindir. Çünki onun işə münasibətini, davranışını və şəxsi keyfiyyətlərini yüksək qiymətləndiririk.

Dominik Solanke də əvvəlki iki oyunla müqayisədə xeyli yaxşı çıxış etdi. Markos Senesi də çox keyfiyyətli futbolçudur. Van de Ven və Van Hekke kimi oyunçularımızın olması səbəbindən ona bir qədər az şans düşür, lakin onun da yüksək oyun səviyyəsi var.

Destini Udoji zədədən yenicə qayıtmasına baxmayaraq, yaxşı oynadı. Daha yaxşı çıxış etmək potensialımız var, amma hazırkı nəticədən və komandamın oyunundan çox razıyam”, – deyə De Zerbinin sözlərini London klubunun rəsmi saytı yayıb.







İngiltərə P.L.

“Hall Siti” “Brayton”u məğlub edib
  • İngiltərə P.L.
  • 20:59 22.11.2026
“Hall Siti” “Brayton”u məğlub edib
Əvvəl təbrik etdilər, 7 saat sonra qovdular
  • İngiltərə P.L.
  • 02:08 21.11.2026
Əvvəl təbrik etdilər, 7 saat sonra qovdular
“Brayton” Paskal Qrosla müqaviləni uzatdı
  • İngiltərə P.L.
  • 23:44 20.11.2026
“Brayton” Paskal Qrosla müqaviləni uzatdı