22 noyabr 2026. Bazar günü

“Hall Siti” “Brayton”u məğlub edib


“Hall Siti” “Brayton”u məğlub edib

İngiltərə çempionatının 11-ci turunda “Hall Siti” doğma meydanda “Brayton”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol matça əlavə olunmuş vaxtda vurulub.

Qarşılaşmanın əsas dönüş nöqtəsi 89-cu dəqiqədə Koştinyanın qırmızı vərəqə alaraq meydandan qovulması olub. Azlıqda qalan “Brayton” bundan dərhal sonra qapısında qol görüb. 90+2-ci dəqiqədə Luka Qurna-Duatın ötürməsindən sonra Oliver Makbörni hesabı açıb.

Qoldan sonra toparlanmağa macal tapmayan qonaqlar 90+5-ci dəqiqədə yenidən fərqlənən Makbörninin ikinci qolu ilə üzləşiblər. Beləliklə, hücumçu dubl edərək komandasına 2:0 hesablı qələbə qazandırıb.







İngiltərə P.L.

“Hall Siti” “Brayton”u məğlub edib
  • İngiltərə P.L.
  • 20:59 22.11.2026
“Hall Siti” “Brayton”u məğlub edib
Əvvəl təbrik etdilər, 7 saat sonra qovdular
  • İngiltərə P.L.
  • 02:08 21.11.2026
Əvvəl təbrik etdilər, 7 saat sonra qovdular
“Brayton” Paskal Qrosla müqaviləni uzatdı
  • İngiltərə P.L.
  • 23:44 20.11.2026
“Brayton” Paskal Qrosla müqaviləni uzatdı