22 noyabr 2026. Bazar günü

“Liverpul” “Mançester Yunayted”i darmadağın edib


“Liverpul” “Mançester Yunayted”i darmadağın edib

İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul” doğma meydanda “Mançester Yunayted”i 4:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda keçirilən görüşün baş hakimi Samuel Barrott olub.

Qarşılaşmanın 8-ci dəqiqəsində qonaqların müdafiəçisi Lenni Yoro qırmızı vərəqə alaraq meydandan qovulub. 10-cu dəqiqədə Dominik Soboslai cərimə zərbəsindən fərqlənərək hesabı açıb. Cəmi üç dəqiqə sonra Florian Virts meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə də hücumlarını davam etdirən “Liverpul” 66-cı dəqiqədə Rio Nqumoanın qolu ilə hesabı 3:0 edib. 82-ci dəqiqədə isə Viktor Munyos matçda son nöqtəni qoyaraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 21-ə çatdıran “Liverpul” turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. Səkkiz xalı olan “Mançester Yunayted” isə 19-cu yerdə qalıb.

Növbəti turda “Liverpul” noyabrın 29-da “Everton”la, “qırmızı şeytanlar” isə noyabrın 28-də “Brentford”la qarşılaşacaq.







İngiltərə P.L.

“Hall Siti” “Brayton”u məğlub edib
  • İngiltərə P.L.
  • 20:59 22.11.2026
“Hall Siti” “Brayton”u məğlub edib