22 noyabr 2026. Bazar günü

“Mançester Yunayted” antirekordunu yeniləyib


“Mançester Yunayted” antirekordunu yeniləyib

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 11 oyunun heç birində qapısını toxunulmaz saxlaya bilməyib.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın vəziyyəti o qədər acınacaqlıdır ki, klub 1986-1987-ci illər mövsümündə qeydə alınan antirekordunu da yeniləyib. Həmin vaxt “Mançester Yunayted” çempionatın ilk 10 turunda qapısında qol görmədən heç bir oyun keçirə bilməmişdi.

Premyer Liqa tarixində isə “Mançester Yunayted”in qapısını toxunulmaz saxlaya bilmədiyi ən uzun seriya 14 oyundan ibarətdir. Bu göstərici 2019-2020-ci illər mövsümündə qeydə alınıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” son matçda “Liverpul”a 0:4 hesabı ilə məğlub olub.Növbəti matçda “Mançester Yunayted” “Brentford”la qarşılaşacaq. Daha sonra komanda səfərdə “Nyukasl”ın qonağı olacaq.







İngiltərə P.L.

“Hall Siti” “Brayton”u məğlub edib
  • İngiltərə P.L.
  • 20:59 22.11.2026
“Hall Siti” “Brayton”u məğlub edib